пятница, 25 сентября 2015 г.

Elm həm bildiklərinizi, həm də bilmədiklərinizi bildirmək üçündür.: Ders Resurslari

Elektron tədris resurslarının kompleks ekspertizası və onlara Təhsil Nazirliyinin qrifinin verilməsi qaydaları



Azərbaycan Respublikası Təhsil Nazirliyinin
“21” dekabr 2009-cu il tarixli 1421 nömrəli əmri ilə
3 saylı əlavə təsdiq edilmişdir. 


 
 
Bu sənəd elektron tədris resurslarının (ETR) ekspertizasının qaydalarını, tərkibini və ardıcıllığını müəyyən edir. Ekspertiza Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifinin verilməsini müəyyənləşdirmək üçün keçirilir.
 
1. Ümumi qaydalar
 
1.1. Elektron tədris resursları proqram vasitələrinin, fənlərin məzmuna tabe olan rəqəmli səs və video-məhsulların sintezinin nəticəsidir. İnformasiyanın təqdim olunmasının bütün məlum üsulları: mətn, statik, dinamik, real və sintezləşdirilmiş video-məhsul, real və sintezləşdirilmiş audio-məhsul bənzərsiz rəqəmli formatda ETR-in tərkibinə daxildir. ETR-də modelləşdirmə üsullarından istifadə edilir. ETR aparat-proqram kompüter kompleksinin bazasında istifadəçi ilə interaktiv rejimdə fəaliyyət göstərir.
1.2. Elektron tədris resursları aşağıdakı istiqamətlərdə qurulur:
təyinat baxımdan:
  • tədris prosesinin dəstəklənməsi və inkişafı (tədris ETR),
  • informasiya mənbəyi və soraqça tipli ETR,
  • ümummədəni xarakterli ETR,
 
icra baxımından:
  • optik (CD, DVD,....) və maqnit (disket, ZİP, ....) daşıyıcılarda resurslar,
  • qlobal kompüter şəbəkələrində resurslar,
  • lokal kompüter şəbəkələri üçün ETR,
  • komplektləşdirilmiş ETR (disk/ şəbəkə),
 
təhsil səviyyələri baxımından:
  • məktəbəqədər,
  • ümumi orta,
  • peşə-ixtisas,
  • əlavə,
  • sağlamlıq imkanları məhdud şəxslər üçün
 
1.3. Ekspertizaya elektron daşıyıcılarda kütləvi tirajla nəzərdə tutulmuş tədris yönümlü ETR, SCORM meyarlarına cavab verən, qlobal kompüter şəbəkələrində nəşr edilmək üçün nəzərdə tutulmuş, yaxud əvvəllər nəşr edilmiş, təhsil müəssisələri qrupunun və əhalinin əkslər hissələrinin marağını əks etdirən resurslar qəbul edilir.
1.4. ETR ekspertizası zamanı bütünlükdə məhsula sahibkarlıq hüququnun olmasına, məhsulun və istifadə olunan materialların lisenziya saflığına, Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununa, Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq saziş və konvensiyalara uyğunluğa xüsusi diqqət ayrılır.
 
2. Məhsulun təqdim olunması və qeydiyyatı
 
Nazirliyin qrifinin verilməsi məsələsini həll etmək üçün İddiaçı (müəllif kollektivinin nümayəndəsi) Nazirliyin ETR üzrə Qiymətləndirmə Şurasına (ETR QŞ) aşağıdakı sənəd və materialları göndərir:
2.1. ETR-ə mülkiyyət hüququ olan müəllif kollektivinin məktubu. Bu məktubda ETR haqqında aşağındakı qısa məlumat verilməlidir:
  • Məhsulun adı və daşıyıcının tipi;
  • Hazırlayanın adı, hazırlama ili və yeri;
  • İnterfeys dili;
  • Hansı tədris proqramı və / və ya tədris fənni üzrə hazırlanıb;
  • Hansı yaş qrupu üçün nəzərdə tutulub;
  • Təyinatı (tədris, informasiya-arayış, ümumi mədəni);
  • Planlaşdırılan tiraj, yaxud istifadəçilərin gözlənilən sayı.
 
2.2. Rəsmi qeydəalma şəhadətnaməsinin surəti (mülkiyyət hüququ göstərilməklə). Məhsulda istifadə edilmiş material və alətlərin lisenziya təmizliyini təsdiqləyən sənədlər də əlavə olaraq ekspertiza zamanı tələb oluna bilər.
2.3. Elektron daşıyıcıda üç nüsxədə məhsul (nəşrə hazırlanmış və ya nəşr edilmiş), yaxud qlobal kompüter şəbəkəsində müraciət üçün dəqiq ünvan.
Təqdim olunmuş materiallar ETR QŞ tərəfindən qeydiyyata götürülür və elektron məhsulun nüsxələri ekspertlərə paylanılır.
 
3. Ekspertizanın tərkibi və aparılması
 
3.1. Elektron tədris resurslarının tam ekspertizası müxtəlif ixtisas sahələri üzrə mütəxəssislərin birgə yekun rəyləri, yəni müxtəlif növ ekspertizaların ümumiləşdirilməsi əsasında təqdim olunur. Elektron tədris resursları aşağıdakı tərkibdən ibarət kompleks ekspertizadan keçirilir: 
  • texniki ekspertiza,
  • məzmun ekspertizası,
  • dizayn-erqonomika ekspertizası.
 
Texniki (proqram-texniki) ekspertiza məhsulun işə yararlılığını və onun müxtəlif konfiqurasiyalı aparat-proqram kompleksləri ilə uzlaşmasını müəyyən edir, qəbul edilmiş standartların icrasını və analoji məhsulların müasir texniki səviyyəsinə uyğunluğunu qiymətləndirir.
Məzmun ekspertizası resursun təhsilin dövlət standartlarına, nümunəvi tədris proqramlarına, başqa normativ sənədlərin tələblərinə uyğunluğunu, məzmun tamlığını müəyyən edir, onun pedaqoji və metodik xüsusiyyətlərini, təşkil olunmuş təlim prosesi və ya müstəqil məşğələlər üçün yararlılığını qiymətləndirir.
Dizayn-erqonomik ekspertiza ETR komponentlərinin keyfiyyətini və bütünlükdə dizaynını, məhsulun psixoloji, erqonomik, bədii keyfiyyətini qiymətləndirir.
Beləliklə, hər elektron tədris resursu ən azı üç müxtəlif sahə üzrə ekspertizadan keçirilir. Bir qayda olaraq hər növ ekspertizanı 1 - 3 ekspert aparır.
3.2. Əhatəli ekspertiza aparmaq üçün, adətən, ETR QŞ tərəfindən təyin edilmiş ekspertlər cəlb olunur. Texniki və dizayn-erqonomik ekspertizanı ETR QŞ-nin üzvləri aparır. Lazım olarsa, ETR QŞ bütün növ ekspertizalar üçün şuranın tərkibinə müvafiq ixtisaslı müstəqil ekspertlər cəlb edə bilər.
3.3. Kompleks ekspertiza 2 aydan artıq olmayan müddətə keçirilir. Hər növün ekspertizası zamanı ekspert qiymətləndirilməsi attestatı doldurulur. Doldurulmuş və müvafiq ekspertlər tərəfindən imzalanmış attestatlar (hər biri 3 nüsxədən ibarət 3 attestat) ETR QŞ-nin növbəti iclasına bir həftə qalmışdan gec olmayaraq şuranın sədrinə verilir.
3.4. Şuranın iclasında uyğun növ üzrə ekspertiza aparan ekspertiza qrupundan ən azı bir nəfər iştirak edir. İclasa İddiaçının nümayəndəsi də dəvət oluna bilər. İclasda ekspert qiymətləndirməsinin attestatları nəzərdən keçirilir. İddiaçının nümayəndəsi müzakirə olunan məhsul haqqında qısa təqdimat keçirmək hüququna malikdir. Müzakirə nəticəsində qərar qəbul edilir və yekun forma – ETR QŞ-nin yekun rəyi doldurulur. Həmin formada məhsula ümumi qiymət və Təhsil Nazirliyinin qrifinin verilməsi barədə şuranın məsləhəti verilir.
3.5. Şuranın iclasında aşağıdakı qərarlardan biri qəbul oluna bilər:
  • qrif verilməsi Təhsil Nazirliyinə tövsiyə olunsun.
  • sonradan şuranın iclasında baxılmaq üçün ETR üzərində yenidən işlənilməsi İddiaçıya məsləhət bilinsin.
  • qrif verilməsi barədə iddia rədd edilsin.

3.6. Müsbət qərar qəbul edildiyi halda şura Azərbaycan Respublikası Təhsil Nazirliyinin struktur bölmələrinin normativ sənədlərinə, təklif və göstərişlərinə uyğun olaraq, eləcə də İddiaçının arzusu nəzərə alınaraq
  • dərslik,
  • dərs vəsaiti,
  • əyani tədris vəsaiti,
  • alternativ təhsil vəsaiti,
  • müntəxəbat (informasiya-sorğu mənbəyi),
  • praktikum (o cümlədən çalışmalar).
“… kimi icazə verilib”, yaxud “… kimi tövsiyə olunub” qrifinin verilməsini təklif edir.
 
Ekspertizaya ilk dəfə təqdim olunan ETR yalnız “icazə verilib” qrifinə iddia edə bilər. “İcazə verilib” qrifindən sonra ən azı 1 (bir) il müddətində sınaqdan keçmiş resurslar “tövsiyə olunub” qrifinə iddia edə bilər. “Dərslik kimi icazə verilib” qrifi isə yalnız “dərs vəsaiti kimi icazə verilib” qrifindən sonra təkrar müsbət ekspertizadan sonra təklif oluna bilər.
3.7. Şuranın iclası o zaman qanuni hesab olunur ki, onun üzvlərinin ən azı üçdə iki hissəsi iclasda iştirak etsin. İclasda iştirak edən şura üzvlərinin yarısından çoxu lehinə səs verərsə qərar qəbul olunmuş hesab edilir. Səslər bərabər olarsa sədrin rəyi həlledici hesab olunur.
3.8. Şuranın hər bir ETR üzrə rəyi yekun qərar kimi rəsmiləşdirilir, həmin qərar şuranın sədri, yaxud şura sədrinin müavini tərəfindən (əgər müzakirə zamanı iclası sədr müavini aparmışsa) imzalanır. Şuranın qərarının, eləcə də ETR ekspert qiymətləndirilməsi attestatının surətləri İddiaçıya və Nazirliyin müvafiq struktur bölməsinə təqdim olunur.
3.9. ETR QŞ tərəfindən qəbul edilmədikdən sonra yenidən ETR müzakirə üçün təkrar Nazirliyə təqdim oluna bilər. Bunun üçün məhsul iradlar nəzərə alınmaqla təzədən işlənməli və imtinadan azı üç ay sonra təqdim olunmalıdır.
3.10. Qrifin səlahiyyət müddəti 3 ildir.
 
4. Elektron tədris nəşrinə yekun ekspert rəyinin tərtib olunması
 
4.1. Ekspertin (ekspertlər qrupunun) işinin nəticəsi ETR QŞ-yə təqdim olunmuş ETR-in müvafiq növü üzrə kompleks ekspertizasının yekun rəyi (ekspert qiymətləndirilməsi attestatı) hesab olunur. Yuxarıda göstərilən üç qərardan birinin qəbul olunması üçün ekspert rəyi əsas götürülür.
4.2. Bir növ üzrə ekspertizanı bir neçə ekspert keçirdiyi halda bir razılaşdırılmış yekun rəy (ekspert qiymətləndirməsi attestatı) təqdim olunur. Fikir ayrılığı olarsa istənilən ekspert özünün xüsusi yekun rəyini təqdim edə bilər.
4.3. Əgər təqdim olunmuş sənədlər, materiallar və proqram məhsulları ETR-in keyfiyyətli ekspertizasını keçirməyə imkan vermirsə, ekspert ekspertizadan imtina etmək hüququna malikdir.
4.4. Ekspert ETR-in konkret misallarla əsaslandırılmış xüsusiyyətlərini göstərməlidir. Ekspert ekspertizanın yekun rəyinə müəyyən etdiyi səhvlərin, qeyri dəqiqliyin, çap səhvlərinin siyahısını da əlavə edə bilər. Ekspert ETR-in qiymətləndirilməsi üzrə öz təkliflərini aşağıdakı rəylərdən biri şəklində göstərə bilər:
  • təyinatın məqsədinə uyğun olaraq istifadə oluna bilər;
  • müəyyən istiqamətlərdə (istiqamətlər sadalanır) üzərində əlavə iş aparmaqla şuranın gələcək iclasında baxılması məsləhət bilinir;
  • təhsildə istifadə olunması məsləhət bilinmir.
 
4.5. Ekspert rəyləri hər bir ekspert (ekspertlər qrupu) tərəfindən üç nüsxədə ETR QŞ-yə təqdim edilir. Bütün nüsxələr ekspert (ekspertlər qrupu) tərəfindən imzalanmalıdır.
 
Elektron tədris resurslarının kompleks ekspertizası və onların keyfiyyətlərinin qiymətləndirmə meyarları:
 
Elektron tədris resursları (ETR) mürəkkəb məhsul olmaqla, müasir texnikanın nailiyyətlərini, fənn sahələri üzrə mövzuları və tədris metodikasını, dizayn və bədii keyfiyyətləri özündə birləşdirir. Doğrudur, kitabla müqayisədə ETR üçün müəyyən proqram-texniki kompleks tələb olunur. Lakin elektron audiovizual tədris sistemləri bu gün üçün məlum olan mətn, nitq, musiqi, foto, video, qrafika, animasiya və hətta virtual reallığın kombinə edilmiş interaktiv komponentlərini də özündə əks etdirən bütün təqdimetmə növlərini özündə birləşdirir. Elektron multimedia resursu yalnız mürəkkəb elmi-texniki məhsul deyil, o, həm də məzmunun dolğunluğu, metodik tapıntı, yaradıcılığın yüksək səviyyəsi, əsil incəsənətdir.
Kitabın ekspertizasından elektron tədris resursunun ekspertizasına keçid müstəvidən çox ölçülü fəzaya keçidə bənzəyir. Təbii ki, bu fəzada pedoqoji, metodik, yaradıcılıq imkanları daha yüksəkdir, ancaq məhsulun texnologiyasını və keyfiyyət meyarlarını təyin etmək daha mürəkkəbdir. 
Dünya təcrübəsi nəzərə alınaraq ETR-in kompleks ekspertizası və onun keyfiyyətinin qiymətləndirilməsi üçün aşağıdakı ekspertizaların aparılması gərəkli sayılıb:  
  • texniki ekspertiza;
  • məzmun ekspertizası;
  • dizayn-erqonomika ekspertizası.
 
Beləliklə, hər ETR-i ən azı müxtəlif ixtisaslı üç ekspert araşdırmalıdır (təcrübədə hər ixtisasdan 2-3 ekspert olmaqla, cəmi 6-dan 9-a qədər ekspert). Onların hər biri müvafiq Ekspert Qiymətləndirməsi Attestatını doldurur, baxılmış məhsulun keyfiyyətinə ballarla qiymət verir.
 
Texniki ekspertiza
 
Texniki ekspertiza ETR-in müxtəlif konfiqurasiyalı proqram-texniki komplekslərdə (ən azı üç) işləkliyini qiymətləndirir. Bu zaman aşağıdakılar nəzərdən keçirilir:
  • ETR-in beynəlxalq SCORM standartlarına cavab verməsi, resursların internetdə eyni zamanda bir çox istifadəçi tərəfindən açıla biləcək web interfeysinə malik olması,resursların həm vahid şəkildə həm də ayrı-ayrı istifadə oluna biləcək komponentlərdən ibarət olması;
  • məhsulun sistemə quraşdırılması və sistemdən uzaqlaşdırılması (tələb olunan yaddaş, standart proqram təminatının avtomatik quraşdırılmasının korrektliyi, uzaqlaşdırılma (deinstalyasiya) zamanı özəl elementlərin sistemdən çıxarılması və s. );
  • funksional sınaq (aktiv zonaların, bütün nəzərdə tutulmuş funksiyaların, məntiqi keçidlərin işləkliyi, multimediya komponentlərinin resurs tutumu və keyfiyyəti və s.);
  • proqramın reallaşdırılmasının keyfiyyəti (təxribatlar, başqa proqramlarla paralel iş zamanı özünü aparması, sorğulara cavab vermə sürəti və s.);
  • məhsulun lokal şəbəkədə işləməsi.
 
Məzmun ekspertizası
 
Məzmun ekspertizası fənn sahəsində məzmunun dolğunluğunu, ETR-in pedaqoji və metodik xüsusiyyətlərini qiymətləndirir.
Materialın növünə, predmetinə, tərkibinə görə yerləşdirilməsi, ən yaxın analoqları ilə müqayisəli xarakteristikası nəzərdən keçirilir.  
  • Məzmunun milli kurikulum tələblərinə cavab verməsi.
  • materialın həcminin və mövzunun işlənmə dərəcəsinin qiymətləndirilməsi (ixtisas tələblərinə görə məcburi minimuma uyğunluq, aktuallıq, yenilik, orijinallıq və s.);
  • məzmunun bütünlükdə qiymətləndirilməsi (faktoqrafik, ideoqrafik, praqmatik məzmun, mövzunun tam mənzərəsinin formalaşdırılması və s).
  • pedaqoji qiymətləndirmə (müəllimin, şagirdin maraqlarına uyğunluq, materialın təşkili, kulturoloji tərkib və s.);
  • Məhsulun metodiki dolğunluğu (istifadə olunan metodikaların, nəzarət sisteminin, variantlılıq prinsiplərinə uyğunluğun və s. qiymətləndirilməsi).
 
Dizayn-erqonomika ekspertizası
 
ETR-in dizayn-erqonomika ekspertizası audiovizual komponentlərin keyfiyyətini, məhsulun psixoloji, erqonomik və bədii keyfiyyətlərini qiymətləndirir. Bu ekspertizanın mürəkkəbliyi ondan ibarətdir ki, o, məhsulu hazırlayanın məharətini (zövqünü) qiymətləndirir.
Dizayn-Erqonomika Attestatına daxildir: 
  • bədii tərkibin qiymətləndirilməsi (multimedia vasitələrindən istifadə dolğunluğu və harmonikliyi, multimedia komponentlərinin orijinallığı və keyfiyyəti və s.);
  • interaktivin təşkilinin qiymətləndirilməsi;
  • erqonomikanın, istifadə rahatlığının qiymətləndirilməsi (intuitiv aydınlıq, səmimilik, naviqasiya rahatlığı və s.);
  • istifadənin sadəliliyinin qiymətləndirilməsi.

суббота, 25 апреля 2015 г.


Heydər Əlirza oğlu Əliyev (d. 10 may 1923NaxçıvanZSFSR,[5] SSRİ - ö. 12 dekabr 2003KlivlendOhayoABŞ) — Azərbaycanın görkəmli siyasi və dövlət xadimi,[6] Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993-2003), "Ulu öndər"[7] və "Azərbaycan xalqının ümummilli lideri"[8] titullarının rəsmi daşıyıcısı.

Həyatı

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir.[9] 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.[10]
Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,[11]1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.[12] O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1965-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.[13][14] H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.[15]
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir.[16] Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.[17]1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.[18]
Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı,[19] 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974-1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985),[20] Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur.[21][22]
Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.[23]
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.[24]
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.[25] Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.[26]
Azərbaycan xalqı 1993-cü ilin may-iyununda dövlət böhranının, hakimiyyətsizliyin, başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.[27]
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr[28] və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin[29] qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.[30]
1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.[31]
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.[32]
Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.[33]
Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir.[34] Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.
2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevinxeyrinə geri götürmüşdü.[35][36]
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.[37]

Mükafatları, təltifləri və fəxri adları

SSRİ dövrü

  1. "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı - 1945
  2. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı - 1945
  3. "Sovet Ordusunun və Donanmasının 30 illiyi" yubiley medalı - 1948[38]
  4. "Əmək rəşadətinə görə" medalı - 1949[39][40]
  5. "Döyüş xidmətlərinə görə" medalı - 1954[41]
  6. "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı - 1957
  7. II dərəcə "Nümunəvi xidmətə görə" medalı - 1959
  8. "DTK-nın fəxri əməkdaşı" nişanı - 1960
  9. "Qırmızı Ulduz" ordeni - 1962[42][43][44]
  10. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı - 1964
  11. I dərəcə "Nümunəvi xidmətə görə" medalı - 1964
  12. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı - 1965
  13. "Sovet milisinin 50 illiyi" yubiley medalı - 1967
  14. "ÜFK-DTK-nın 50 illiyi" nişanı - 1967
  15. "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı - 1967
  16. "SSRİ Sərhəd Qoşunlarının 50 illiyi" yubiley nişanı - 1968
  17. "V.İ.Leninin anadan olmasının 100 illiyi şərəfinə rəşadətli əməyə görə" yubiley medalı - 1970
  18. 5 dəfə Lenin ordeni (1971, 1973, 1976, 1979, 1983)[45]
  19. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı - 1975
  20. "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı - 1978
  21. Sosialist Əməyi Qəhrəmanı (1979, 1983)
  22. "Oktyabr İnqilabı" ordeni - 1982
  23. Sov.İKP MK-nın "Политическое самообразование" jurnalı redaksiya heyətinin Fəxri Fərmanı - 1982
  24. "Kiyevin 1500 illik yubileyinin xatirə" medalı - 1982
  25. "Georgi Dimitrovun anadan olmasının 100 illiyi" yubiley medalı - 1982[46]
  26. Georgi Dimitrov ordeni - 1983[47]
  27. "Komsomolsk-Amurun 50 illiyi" yubiley nişanı - 1984
  28. ÜİLKGİ MK-nın "60 il V.İ.Leninin adı ilə" fəxri nişanı - 1984
  29. "Qırğızıstan SSR- in və Qırğızıstan Kommunist Partiyasının 60 illiyi" xatirə medalı - 1984
  30. "25 il Patris Lumumba adına Xalqlar Dostluğu Universiteti" medalı - 1985
  31. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı - 1985
  32. I dərəcəli Vətən Müharibəsi Ordeni - 1985[48][49]
  33. "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı - 1988

Müstəqillik dövrü

  1. Tbilisi Dövlət Universitetinin fəxri doktoru - 1996[50]
  2. Kiyev şəhərinin fəxri qonağı - 1997[51]
  3. Türkiyə-Azərbaycan Dostluğu Vəqfinin fəxri sədri - 1997
  4. Hyüston-Bakı Assosiasiyasının fəxri üzvü - 1997
  5. Amerika-Avrasiya Sənaye-Ticarət Palatasının "1997-ci ilin adamı" mükafatı - 1997
  6. Milli Olimpiya Komitələri Assosiasiyasının "Ləyaqət" mükafatı - 1997
  7. "Ankara iş qadınları" cəmiyyətinin "1997-ci ilin görkəmli dövlət adamı" mükafatı - 1997
  8. "Ankara iş qadınları" cəmiyyətinin "1998-ci ilin dövlət adamı" mükafatı - 1998[52]
  9. "Ankara iş qadınları" cəmiyyətinin "2001-ci ilin müdrik dövlət adamı" mükafatı - 2001
  10. "Ankara iş qadınları" cəmiyyətinin "2002-ci ilin dövlət adamı" mükafatı - 2002[53]
  11. Kırkpınar yağlı güləş yarışlarının "Baş Ağası" - 1998[54]
  12. Qars şəhər bələdiyyəsinin "1997-ci ilin insan haqları" mükafatı - 1998[55]
  13. Türk Sənayeçiləri və İş adamları vəqfinin "İlin dövlət adamı" mükafatı - 1998[56]
  14. Türk Sənayeçiləri və İş adamları vəqfinin "İlin dövlət adamı" mükafatı - 1999
  15. Türk Sənayeçiləri və İş adamları vəqfinin "Üstün xidmət və başarı mükafatı" - 2002[57]
  16. Türk Sənayeçiləri və İş adamları vəqfinin fəxri sədri - 2002
  17. Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin[58] "Türk dünyasına xidmət" mükafatı[59] - 1998[60]
  18. Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin "Türk dünyasının 2001-ci il xüsusi mükafatı" - 2002[61]
  19. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü - 1998
  20. Rusiyanın Saratov vilayətindəki "Yurd" Cəmiyyətinin fəxri üzvü - 1998[62]
  21. Türkiyə Qəzetəçilər və Yazarlar Vəqfinin "Beynəlxalq türk dünyası qohum millətlərin yaxınlaşması mükafatı" - 1998
  22. Türkiyə Qəzetəçilər və Yazarlar Vəqfinin "Türk dünyası qardaşlıq və dostluq mükafatı" - 2000
  23. Türkiyənin Bayburt diyarının "Dədə Qorqud" mükafatı - 1998[63]
  24. Türkiyənin İzmir şəhərinin Qarşıyaka bələdiyyəsinin "İnsan haqları" beynəlxalq mükafatı - 1998[64][65]
  25. Türkiyənin İpək Yolu Vaqfının fəxri üzvü və mükafatı - 1998[66]
  26. Türkiyənin İpək Yolu Vaqfının 1998-ci il "Böyük lider" mükafatı və vəqfin fəxri sədri - 1999
  27. Türkiyənin İpək Yolu Vaqfının " 1999-cu ilin dövlət adamı" mükafatı - 2000
  28. Türkiyənin İpək Yolu Vaqfının "2001-ci ilin dövlət adamı" mükafatı - 2001
  29. Türkiyənin İpək Yolu Vaqfının "2002-ci ilin siyasət adamı" mükafatı - 2003
  30. Türkiyənin "Siyasət" jurnalının "İlin şərəf mükafatı" - 1998
  31. Türkiyənin "Siyasət" jurnalının "İlin dövlət adamı mükafatı" - 2003[67]
  32. Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri - 1998
  33. Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin "Günümüzün ən dözümlü adamı" mükafatı - 1999
  34. Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 2002-ci ilin "Baş müəllim Atatürk" mükafatı - 2002
  35. Beynəlxalq Bioqrafiya Mərkəzinin (İngiltərəKembric) "Dünyanın XX əsrdə görkəmli xadimi" mükafatı - 1999[68]
  36. Azərbaycan Respublikası Əsilzadələr Məclisinin 1 nömrəli şəhadətnaməsi - 1999
  37. İ.Y.Yakovlev adına Ümumçuvaşiya Milli Mükafatı - 2000
  38. Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının "Nika" mükafatı - 2000
  39. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının fəxri mükafatı - 2001
  40. "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin "Jurnalistlərin dostu" mükafatı - 2002[69]
  41. "Rusiyanın Milli Şöhrəti Mərkəzi"nin "Sivilizasiyaların dialoqu" beynəlxalq Andrey Pervozvannı mükafatı - 2002[70]
  42. Avrasiya teleforumunun mükafatı və diplomu - 2002
  43. Türkiyənin "Samanyolu" televiziya kanalının "Medianın dostu" mükafatı - 2002[71]
  44. Məmməd Araz mükafatı - 2003
  45. Türkiyənin "Zaman" qəzetinin "Avrasiyada sülh və dialoq" beynəlxalq mükafatı - 2003
  46. Moskva Hüquq Akademiyasının fəxri doktoru - 1997[72]
  47. İzmir şəhərindəki "Doqquz Eylül" Universitetinin fəxri doktoru - 1997[73]
  48. İstanbul şəhərindəki "Fatih" Universitetinin fəxri doktoru - 1997[74]
  49. Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru - 1997[75]
  50. Daşkənd Dövlət Universitetinin fəxri doktoru - 1997[76]
  51. Türkiyə Respublikasının ən yüksək mükafatı - "Dövlət nişanı" - 1997[77][78]
  52. Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni - 1997[79]
  53. İzmir şəhərindəki Egey Universitetinin fəxri doktoru - 1998
  54. Atatürk adına Ərzurum Universitetinin fəxri doktoru - 1998[80]
  55. İsgəndərin şəhərindəki Universitetin fəxri doktoru - 1999
  56. İsparta Universitetinin fəxri doktoru - 1999[81]
  57. Beynəlxalq Kadr Akademiyasının "Elm və təhsilin inkişafına görə" beynəlxalq ordeni - 1998[82]
  58. Türkiyənin ən nüfuzlu mükafatı "Atatürk Beynəlxalq Sülh Mükafatı" - 1999
  59. Osmanqazi Universitetinin fəxri doktoru - 2000
  60. Rusiya Rəssamlıq Akademiyasının "Ləyaqət" qızıl medalı - 2000
  61. Ankara Universitetinin fəxri doktoru - 2001[83]
  62. Beynəlxalq Mühəndislik Akademiyasının "Böyük qızıl medalı" - 2001
  63. Ukraynanın "Qızıl tale" Beynəlxalq Açıq Məşhurluq Reytinqinin "Qloriya Populi" qızıl ulduzu - 2001[84]
  64. Rus Pravoslav Kilsəsinin (RPK) I dərəcəli "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeni - 2001[85]
  65. Gürcüstanın ali mükafatı - "Qızıl runo" ordeni - 2001[86]
  66. Bursa şəhərindəki Uludağ Universitetinin fəxri doktoru - 2002
  67. Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki - 2002
  68. Qars şəhərindəki Qafqaz Universitetinin fəxri doktoru - 2002
  69. Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının fəxri üzvü - 2002
  70. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru - 2002
  71. Kırıkqala Universitetinin fəxri doktoru - 2003
  72. Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü, Y.V.Andropov adına mükafat - 2003[87]
  73. ABŞ-ın Linkoln Universitetinin fəxri doktoru - 2003[88]
  74. Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru - 2003[89]
  75. Avropa Güləş Federasiyasının "Qızıl boyunbağı" fərqlənmə nişanı - 2002[90]
  76. Beynəlxalq İhsan Doğramacı Fondunun qızıl medalı - 2002[91]
  77. Fransa Respublikasının "Fəxri Legion" ordeninin Böyük Xaçı - 2003[92]
  78. Rusiyanın ən yüksək mükafatı - "Müqəddəs Apostol Andrey Pervozvannı" ordeni - 2003[93]
  79. Uşaq Fondları Beynəlxalq Assosiasiyasının Lev Tolstoy adına beynəlxalq qızıl medalı - 2003[94]
  80. Ukraynanın mədəniyyət ictimaiyyətinin "Şərəf"' ordeni - 2003[95]
  81. Ankara şəhərindəki Hacəttəpə Universitetinin fəxri doktoru - 1994[96]
  82. Bakı Dövlət Universitetinin fəxri doktoru - 2000
  83. Moskva Dövlət Universitetinin fəxri professoru - 2002[97]
  84. Texas ştatının fəxri vətəndaşı - 1997
  85. Türkiyənin "Nərgiz TV" kanalının 1997-ci il üçün "Dünyada ilin adamı" mükafatı - 1998[98]
  86. Azərbaycanda ilin adamı mükafatı (2002, 2003)[99]
  87. Şeyxülislam Ordeni - 2005 (vəfatından sonra)[100]